Türkiyə Silahlı Qüvvələrinin Afrində "Zeytun budağı" hərəkatı davam edərkən, Suriya Prezidenti Bəşər Əsədə sadiq qüvvələr PKK terrorçularına növbəti dəfə yardım ediblər.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Əsəd rejiminə məxsus avtobuslar Afrindən qaçmaq üçün Basutaya gələn PKK liderlərinə kömək edib və onları Nebləyə, oradan Muş hərbi bazasına yola salıblar.
PKK terrorçuları buradan Tel Şair kəndinə gediblər.
Basutadan çıxan ikinci qrup isə Tel Rifatdan Fafin kəndinə gətirilib. Onlar buradan Rakkaya gedəcəklər.