İngiltərə Xarici İşlər naziri Boris Consonun sabiq rus casusu Sergey Skripal və qızının zəhərlənməsində Rusiya Prezidenti Vladimir Putini ittiham etməsi bağışlanmazdır.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib:
“Conson diplomatik ifadələrlə danışmalıdır. Bu sözlər diplomatiyada etik qaydaların kobud surətdə pozulmasıdır”.
Bu arada, Böyük Britaniyanın Moskvadakı səfiri Lori Bristou Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Rusiya XİN-in məlumatına görə, səfirə Boris Consonun işlətdiyi ifadələrlə bağlı etiraz notası təqdim olunub.