ABŞ Müdafiə naziri Ceyms Mettislə bağlı şok iddia ortaya çıxıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı “Vox” nərşi məlumat yayıb.
Məlumatda nazirin adı 700 milyon dollarlıq dələduzluqda hallanır:
“Pentaqon rəhbəri qeyri-qanuni yollarla “Theranos” şirkətinə yatırdığı milyonlarla dollar investisiyaya görə ötən həftə külli miqdarda cərimə ödəyib. Mettis bu şirkətə 2013-cü ildə şərik olub. O bu işinə görə ildə 150 min dollar gəlir əldə edib.
Mettis həmçinin öz mənafeyi naminə ABŞ ordusunda bu şirkətin istehsal etdiyi texnologiyadan istifadə olunması ilə bağlı razılıq alıb”.
Məlumata görə, bu informasiyaların gündəmə gəlməsindən qorxuya düşən Mettis 2017-ci il yanvarın 5-də şirkətlə əlaqələrini kəsib.