23 Mart 2018 23:39
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Peru Konqresi ölkə prezidenti Pedro Kuçinskinin istefasını qəbul edib.

Teleqraf.com xəbər verir ki, P. Kuçinskinin istefasına 105 deputat "hə" deyib. Prezidentin səlahiyyətlərini birinci vitse-prezident Martin Viskarra icra edəcək.

Qeyd edək ki, Latın Amerikası ölkəsinin prezidentinə qarşı bir müddət öncə korrupsiya ittihamı irəli sürülüb.

Kuçinski istefa ərizəsini parlamentə təqdim edib. Martın 15-də parlament Kuçinskinin impiçmenti prosesinin başlanmasının lehinə səs verib. 77 yaşlı Kuçinski 2016-cı ildə keçirilən prezident seçkilərində qalib gəlib


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər