Avropa və Rusiyanın bəzi ərazilərinə qızılı rəngdə qar yağıb.
Teleqraf.com xəbər verir ki, Rusiyanın Soçi şəhərinə yağan qarın rəngi hər kəsi təəccübləndirib.
Afrika səhralarında baş vermiş güclü fırtına səbəbindən qum dənəcikləri Avropa və Rusiyaya çataraq burada yağan qarı qızılı rəngə boyayıb.
İnsanlar qızılı rəngdə qara maraqla tamaşa ediblər. Səhra tozlarının qar-yağış şəklində yerə düşməsi 5 ildən bir baş verir.