Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qərb dövlətlərinin təzyiqinə məruz qalan Rusiyanın dövlət başçısı Vladimir Putinə zəng edib.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, telefon danışığı zamanı Ərdoğan Rusiyanın Kemerovo şəhərinin ticarət mərkəzində çoxsaylı insan tələfatına səbəb olmuş yanğınla əlaqədar Putinə başsağlığı verib.
Söhbət əsnasında iki ölkə arasında münasibətlərin hər sahədə genişləndirilməsinin zəruriliyi vurğulanıb.
İki ölkə prezidenti aprelin 4-də Ankarada Türkiyə, Rusiya və İran liderlərinin qatılacağı zirvə toplantısı ilə bağlı fikir mübadiləsi də aparıblar. Zirvə toplantısında Suriyadakı vəziyyət müzakirə olunacaq.