ABŞ Prezidenti Donald Tramp rusiyalı pilot Konstantin Yaroşenkonu əfv etməyib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova məlumat verib:
“Mənə göndərilən məktubda bildirib ki, onun günahının sübuta yetirilməsi üçün kifayət qədər dəlil var. Yaroşenkonun saxlanma şəraitinə etiraz etməsi ilə bağlı məsələyə gəlincə, onlar bildiriblər ki, hamı üçün eyni hüquqlar tətbiq edilir”.
Qeyd edək ki, Yaroşenko 2011-ci ildə ABŞ-da narkotik satışı ilə bağlı saxlanılıb və 20 il müddətinə azadlıqdan məhrum edilib.