8 Aprel 2018 23:54
1 121
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ilə Yunanıstan arasında müharibə qaçılmazdır.

Axar.az xəbər verir ki, bu sözləri Yunanıstan Xarici İşlər naziri Nikos Kocias “Der Şpigel” nəşrinə müsahibəsində deyib.

“Biz daim problemlərin həllini nəzərdən keçiririk. Bütün qonşuların və ən yaxşı ailələrin belə problemləri var. Problemlər sülhə söykənən qərarlarla, diplomatik yollarla həll edilməlidir”.

Jurnalistin “Ciddi böhran yaşayan Yunanıstan Türkiyə ilə silahlanma yarışına dayana bilərmi?” sualına isə nazir belə cavab verib:

“Yunanıstan Türkiyə ilə müqayisədə maliyyə mənbələrinə və texniki struktura malik deyil, lakin müdafiə və hücum xarakterli silahların alınmasında fərqlər var”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər