9 Aprel 2018 09:52
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:43

Suriya Xüms vilayətinin şərqində yerləşən T-4 aviabazası kütləvi raket atışına məruz qalıb.

Hücum zamanı ölən və yaralananların olduğunu bildirib. Agentlik hücumun arxasında ABŞ-ın dayandığını iddia edib

Livanın “Əl Mayadin” televiziyası raketlərin Aralıq dənizindən buraxıldığı haqqında informasiya yayıb. Suriyanın hökumət qüvvələri isə bazaya 8 raketin atıldığını bəyan edib.

“RİA Novosti” agentliyi hücum zamanı bütün raketlərin Suriya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulduğunu bəyan edib. Agentlik hücum zamanı heç kimin xəsarət almadığını bəyan edib.

ABŞ Müdafiə Nazirliyi həmçinin hücumun arxasında dayanmadığını açıqlayıb.

Qeyd edək ki, 2017-ci il 7 apreldə ABŞ qanadlı raketlərlə Suriyanın Şeyrat bazasını darmadağın etmişdi. Suriyada rejim qüvvələrinin kimyəvi silah tətbiq edəcəyi halda növbəti zərbə endiriləcəyi xəbərdarlığı edilmişdi.

Ötən gün isə Şərqi Qutanın Duma ərazisində kimyəvi silahdan istifadə edildiyi, ən azı 80 nəfərin öldüyü, minlərlə insanın zəhərləndiyi xəbəri yayıldı və buna görə BMT TŞ-nin iclası çağırılıb. Trampın açıqlaması ABŞ-ın Suriyaya zərbə endirəcəyi haqda rəy yaratdığından, Rusiyanın bu ölkədəki S-400-ləri tam döyüş hazırlığına gətirildi, rus qırıcıları isə Aralıq dənizində ABŞ HHQ-ni izləməyə başladı.

***

Suriyadakı T-4 aviabazasının raket atəşinə məruz qalmasından sonra İŞİD Xüms vilayətinin bir sıra rayonlarında hücuma keçməyə cəhd edib.

Bu barədə informasiyanı “Əl Mayadin” televiziyası yayıb. Televiziya həmçinin hücum zamanı İsrail kəşfiyyat təyyarələrinin T-4 aviabazası üzərində uçuş apardığını bildirib.

İsrail Müdafiə Nazirliyi T-4 bazasının vurulmasıyla bağlı məlumatları şərh etməkdən imtina edib./Axar.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər