27 Aprel 2018 21:42
1 889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İzmir şəhərinin Çeşmə qəsəbəsində yaşayan R.D adlı şəxs məhkəməyə müraciət edərək bir il öncə evləndiyi H.N.D tərəfindən işgəncəyə məruz qaldığını iddia edib.

Teleqraf.com xəbər verir ki, iddianamədə kişi xanımının onu tez-tez döydüyünü, otağa salıb qapını bağladığını, hətta bir dəfə qasığını sıxmaqla ona amasız işgəncə verdiyini bildirib.

R.D-nin vəkili Ayşə Esra Ünlü Polat müvəkkilinin aldığı işgəncələr üzündən həkimə müraciət etdiyini və bunu sübut edəcək dəlillərin olduğunu deyib.

İddianamədə H.N.D-dən 75 min manat (150 min lirə) maddi, 75 min manat (150 min lirə) mənəvi təzminatın ödənilməsi tələb olunur.

İddiaları qəbul etməyən H.N.D isə bildirib ki, əri işdən gələndən sonra çay belə içmədən yatıb: "Mənimlə maraqlanmırdı. Tez-tez içki qəbul edirdi".

Qadın əks-iddia ilə çıxış edərək ərindən 125 min manat (250 min lirə) maddi və mənəvi təzminat tələb edib.

İddiaları araşdıran məhkəmə ərinə yüngül bədən xəsarəti yetirdiyi üçün qadını 1 il azadlıqdan məhrum edib.


Müəllif: Ayxan

Oxşar xəbərlər