29 Aprel 2018 11:38
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Filippin Prezidenti Rodriqo Duterte Şimali Koreya lideri Kim Çen İni özünün kumiri adlandırıb.

Teleqraf.com xəbər verir ki, R.Dutertenin bu açıqlaması iki Koreya liderinin görüşündən sonraya təsadüf edib. Yerli “Rappler” informasiya portalının yaydığı xəbərə görə, R.Duterte Sinqapurdan qayıdarkən deyib:

“Bilirsinizmi, o mənim kumirimə çevrildi. Kim Çen İnin Cənubi Koreya Prezidenti ilə görüşməsi bu məsələdə mühüm rol oynadı”.

Həmçinin, Kim Çen İni “günün qəhrəmanı” adlandıran R.Duterte onun denuklearizasiyanı davam etdirməsini alqışlayıb. O, Kim Çen İnlə görüşərkən onun təbrik edəcəyinə ümid etdiyini vurğulayıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər