17 May 18:58
1 054

İranın prezidenti Həsən Ruhani Nikol Paşinyanı Ermənistanın baş naziri seçilməsi münasibətilə təbrik edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

“Sizi Ermənistanın baş naziri seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm. Ümid edirəm ki, sizin vəzifəyə gəlişinizlə biz ikitərəfli münasibətlərimizin inkişafı və dərinləşməsinin şahidi olacayıq”, - deyə təbrikdə qeyd olunub.

H.Ruhani erməni həmkarına cansağlığı və uğurlar, Ermənistan xalqına isə xoşbəxtlik arzu edib.


Müəllif: Teleqraf.com
Загрузка...