İraq Parlamentinin yezidi millət vəkili Viyan Dahilin də içində olduğu M-17 tipli vertolyot Sincar əyalətində qəzaya uğrayıb.
Vertolyotun pilotu qəza nəticəsinə həlak olub. Millət vəkili də daxil olmaqla 20-ə yaxın adam isə yaralanıb.
Əldə olunan məlumata görə, millət vəkili və jurnalistlərin olduğu vertolyot yezidilərə humanitar yardım aparırmış.
Qəzaya səbəb texniki nasazlığın olduğu bildirilib./axar/