Ermənistanda hökumət dəyişikliyindən sonra ilk dəfə Xarici işlər naziri Zoqrab Mnaçakanyan iyunun 7-də Moskvaya səfər edəcək.
Teleqraf.com TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamentinin direktor müavini Artyom Kojin məlumat verib.
Onun sözlərinə görə, Rusiya xarici işlər naziri Sergey Lavrov Zoqrab Mnaçakanyanla ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ətrafında danışıqlar aparacaq.
Artyom Kojin qeyd edib ki, görüş zamanı mayın 14-də Soçidə Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüş kontekstində ikitərəfli əməkdaşlıq məsələlərinin geniş müzakirəsinin olacağı güman edilir: “Dağlıq Qarabağ məsələsinin nizama salınması ətrafında fikir mübadiləsi aparılacaq”.