Nyu-York ştatında, Lonq-Aylend adasından iki mil aralıda kiçik təyyarə qəzaya uğrayıb.
Bu barədə ştat polisi məlumat yayıb. Təyyarə Atlantik okeanına düşüb. Qəzanın səbəbləri hələ ki, açıqlanmır. Hava gəmisində 4 nəfərin olduğu bildirilir. Sahil mühafizə xidməti itkin düşənləri axtarır.