Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının başlanmasından əvvəl ayrı-ayrı qurumların əməkdaşları üçün əcnəbi turistlərlə mədəni davranış kursları açılıb.
Teleqraf.com xəbər verir ki, kurslar FİFA-nın Rusiya nümayəndəliyi, Moskva metropoliteni və Dəmir Yolları İdarəsinin əməkdaşları üçün təşkil edilib.
Kurslarda yetkili ruslar üçün gülüş dərsləri də keçilir.
Məlumdur ki, sosial şəbəkələrdə dünya çempionatının Rusiya kubokunu boykot kampaniyası başlanılıb. Kampaniya çərçivəsində Rusiya ordusunun Suriya, Ukrayna və digər dövlətlərə təcavüzü pislənilir.
Bundan əvvəl də Avropa Parlamentindən 46 deputat Avropa İttifaqı ölkələrinə müraciət edərək yarışmanı boykot etməyə çağırıb.
Müraciətə müsbət cavab verən Danimarka, Böyük Britaniya, İslandiya, Polşa və Avstraliya çempionatı boykot edəcəklərini açıqlayıblar.