13 İyun 2018 16:54
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Marsda baş verən güclü qum fırtınası “Opportunity” kosmik aparatının işini pozub.

Teleqraf.com xəbər verir ki, texnika təbii fəlakətin düz mərkəzində olub.

Tufanın iyunun 8-də başladığı bildirilir.

NASA ekspertlərinin hesablamalarına görə, təbii fəlakət 41 milyon kvadratkilometr ərazini əhatə edib. Bu ərazi Şimali Amerika və Rusiyanın birgə sahəsinə bərabərdir.

Hava şəraiti səbəbindən aparatın işinə fasilə verilib.


Müəllif: Ruslan

Oxşar xəbərlər