17 İyun 2018 12:18
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna polisi Kiyevin mərkəzində keçirilən “Bərabərlik marşı”nın əleyhdarı olan və polislə toqquşma yaradan 56 nəfəri saxlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna milli polisinin saytında bildirilib.

Qeyd edək ki, aksiya LGBT təşkilatına dəstək olaraq keçirilir. Az öncə Ukrayna ombudsmanı Lüdmila Denisova polisdən və Kiyev rəhbərliyindən tədbirin baş tutmasını təmin etməyi xahiş etmişdi.

Polis öz növbəsində şənbə günündən başlayaraq təhlükəsizlik tədbirlərini gücləndirib. Ancaq bu gün səhər 150 nəfərlik qrup şəhər küçələrinin qovşağına çıxaraq marşın keçiriləcəyi yerlərdə nəqliyyatı dayandırmağa çalışıb.

Nəticədə onlardan 56 nəfər saxlanılıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər