Ermənistanın manevr etmək üçün çox kiçik yeri var. Ermənistan iqtisadiyyatı Rusiyadan tamamilə asılıdır. Buna görə dünyadan təcrid olan Ermənistanın seçim imkanları məhdud olmaqla yanaşı, simpatiyası da azdır.
Teleqraf.com xəbər verir ki, bu fikirlər Rusiya müxalifətinin mərhum lideri Boris Nemtsova aiddir.
Bu fikirlər erməni KİV-də yenidən gündəmə çıxarılıb. Ermənistan mediasında mövcud vəziyyətə görə keçmiş prezident Serj Sərkisyan ittiham olunur.
Qeyd edilir ki, Rusiya Prezidenti Vladimir Putinin təlimatlarını qeyd-şərtsiz yerinə yetirmiş Serj Sərkisyan Ermənistandakı total böhrana və Dağlıq Qarabağ münaqişəsinin dalana dirənməsinə görə məsuliyyət daşıyır:
“Serj Sərkisyan ölkəni məhvə aparan bədbin idarəetmə sistemi seçdi. Həmin xətt üzərində Qarabağa döyüşməyə gedən minlərlə insan nahaqdan həlak oldu. İndi də nə ölkə daxilindəki vəziyyətdən, nə də həlsiz qalmış münaqişənin içindən çıxmaq mümkündür. Mühasirənin içində yaşamaq artıq mümkün deyil.
Şərtlərin nə qədər ağır olduğunu isə erməni xalqı bilir. Sərkisyanın tör-töküntülərini təmizləmək üçün Ermənistanın yeni hakimiyyətini ağır illər gözləyir”.