18 İyun 2018 14:11
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melania Tramp Meksikadan qeyri-qanuni yolla gələn valideynlərin məhkəmə prosesində uşaqlarından zorla ayrıldıqlarına dair açıqlama verib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir Melania Tramp proses zamanı səlahiyyətli şəxslərin biganəliyindən narahatlıq ifadə edib.

Birinci ledinin mətbuat katibi Stefan Grişem bildirib ki, Amerika bütün qanunların icra olunduğu ölkədir, eyni zamanda ABŞ qəlblə idarə olunur.

Qeyd edək ki, sərhədi qeyri-qanuni şəkildə keçənlər nəzarətə götürülür və haqlarında məhkəmədə iddia açılır. Bu prosesdə isə uşaqlar valideynlərindən ayrı saxlanılır.

Bu ilin may ayından təxminən 2 min uşağın 6 həftə ərzində ailəsindən ayrı yaşamaq məcburiyyətində qaldığı bildirilib.

ABŞ mətbuatının yazdığına görə, uşaqlar Texas mərkəzində metal qəfəslərdə saxlanılıb.

Melania Trampın mətbuat katibi uşaqların ailələrindən zorla ayrılmasını kəskin tənqid edib, problmin qısa müddət ərzində səllahiyyətlilər tərəfindən heç kimin zərər çəkmədən həll ediləcəyinə ümid etdiyini deyib.


Müəllif: Naibə Qurbanova

Oxşar xəbərlər