18 İyun 2018 14:24
1 138
12 Punto 14 Punto 16 Punto 18 Punto

22 yaşlı qadın polisə sevgilisinin 1 yaşlı qızına işgəncə verdiyini deyib. Qadın uşağın bədənində sevgilisnin siqaret söndürdüyünü, döydüyünü, qolunu qırdığını iddia edib.

Teleqraf.com xəbər verir ki, hadisə Türkiyənin Ərzurum vilayətində baş verib.

Ananın polisə şikayətindən sonra Ərzurum məhkəməsi A.Ü. haqqında “uşağın cinsi istismarı” maddəsi ilə 8 ildən 15 ilə, “işgəncə vermə” maddəsi ilə 3 ildən 8 ilə qədər həbsi tələbi ilə istintaqa başlayıb.

Məhkəmənin ilk iclasına qadın sevgilisi ilə birlikdə gəlib. Şikayətləri qəbul etməyən qadının sevgilisi A.Ü. uşağı öz övladı kimi çox istədiyini, körpənin bütün ehtiyaclarını qarşıladığını vurğulayıb: ”Uşaq divandan düşəndə qolu qırıldı. Onun anası ilə çox yaxşı münasibətimiz olub. Evlənmək qərarına gəlmişdik, kirayə ev tutmuşduq. Lakin ailəm uşaqlı qadınla evlənməyimə qarşı çıxdı və ayrıldıq. O, ailəsinin təzyiqindən sonra məndən şikayət etdi”.

Sevgilisinin dediklərini qəbul edən ana həqiqətən ətrafın təzyiqi ilə şikayətçi olduğunu etiraf edib.

Məhkəmə A.Ü.-nün azadlığa çıxmasına qərar verib, qadın haqqında isə “böhtan atma” cinayəti üzrə istintaq başlanmasını tələb edib.


Müəllif: Naibə Qurbanova

Oxşar xəbərlər