25 İyun 2018 19:07
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətən Partiyasının lideri, rusiyayönümlü siyasətçi Doğu Perinçək Türkiyədə keçirilmiş prezident seçkilərində namizəd olmaq üçün topladığı imzaların sayından dəfələrlə az səs alıb.

Teleqraf.com xəbər verir ki, ölkəsinin məşhur siyasətçisi olan Perinçəyin seçkilərdə ən az səsi alması ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, iyunun 24-də Türkiyədə keçirilmiş parlament və prezident seçkilərində rekord həddə seçici öz namizədinə səs verib. Seçkidə fəallıq 90%-dən çox olub.

Hazırkı dövlət başçısı, namizədliyi hakim Ədalət və İnkişaf Partiyası (AKP) tərəfindən irəli sürülmüş Rəcəb Tayyib Ərdoğan ilk turda 50%-lik barajı keçərək ikinci dəfə Türkiyə prezidenti seçildiyi halda, rəqibi Doğu Perinçək 0.2% səslə ən az səs alan namizəd olub.

“Rusiyanın adamı” kimi tanınan Perinçəyin aldığı 81.192 (0.2%) səs, onun namizəd olmaq üçün topladığı imza sayından (117 007 imza) azdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər