Böyük Britaniyada media kralı olan MOSSAD agenti Robert Maksvel güclənib İsrailə qarşı gəlməyə başlayanda məxfi əməliyyat nəticəsində öldürülüb.
Teleqraf.com məşhur casusun maraqlı hekayəsini təqdim edir: Robert Maksvellin İsrailin məxfi xidməti MOSSAD-ın qurbanlarından biri olduğu iddia olunur.
1923-cü ildə Çex Respublikasında yəhudi ailəsində doğulan Maksvell müdhiş zəkası sayəsində onlarla yəhudi iş adamının diqqətini cəlb edib. O, 1974-cü ildə biznes dünyasında ilk önəmli addımını ataraq Maksvell dərnəyini təsis edib.
Media imperatoru, iş adamı və casus
Bundan sonra MOSSAD bacarıqlı və zəki iş adamını Təl-Əvivə dəvət edir. Böyük maddi sərmayə ilə ona İngiltərədə media imperiyası qurması təklif olunur. Maksvell bu təklifi düşünmədən qəbul edir. 1980-cı ildən etibarən “Daliy Mirror” qəzeti başda olmaqla bir çox qəzet və televiziya kanalları quran Maksvell Londonda önəmli siyasi güc halına gəlib çıxır.
MOSSAD işini ehtiyatlı tutaraq Maksvellin təşkilata qarşı gələ biləcəyi səbəbindən onun cinsi həyatını videokamera vasitəsilə gizli qeydə alır. Maksvell İsrail dövləti üçün məşhur iş adamları ilə anlaşmalar əldə edirdi. Bir çox iş bağları quran Maksvell İsrail dövlətinə qarşı gələn iş adamlarını neytrallaşdırmaq məqsədilə media gücündən istifadə edir, onların sonunu hazırlayırdı. Heç bir iş adamı o tarixdə İsrailə qarşı çıxmağı ağlına belə gətirmirdi. Və bu Maksvellin fəaliyyəti sayəsində olmuşdu.
Kəşfiyyata qarşı revanş
MOSSAD-dan aldığı bir milyard dollara yaxın məbləği geri ödməyə başlayan Maksvell 1984-cü ildə İsrail məxfi xidmətinin hesabına birbaşa 400 milyon dollar keçirib. Getdiyi hər ölkədə krallar kimi qarşılanan Maksvell günlər keçdikcə güclənir və MOSSAD-ın istəklərini ciddiyə almırdı.
İsrail kəşfiyyatı dünyanın ən məşhur və fərqli biznesmenləri ilə əlaqələr qurmağı bacaran və əsas “xidmətini” unudan bu zəka sahibinə xəbərdarlıq etmək qərarı verir. İlk əvvəl Maksvel üçün təşkil edilən maliyyə axını dayandırılır. Sadəcə 9 ay ərzində onun qurduğu güclü media imperiyası çökmək riski ilə üzləşir. Maksvell isə bu prosesin altında qalmaq haqqında düşünmürdü. O dövrdə əldə edilən razılaşmalar nəticəsində İsrail SSRİ-dən bəzi şeyləri əldə etməli idi. Bu zaman Maksvell üçün yeni şans yaranır. Məsələnin həll edəcək sima da İsrailin qarşıdurmada olduğu ölkələrlə görüşən Makvell idi. Ondan Moskvaya səfər etməsi xahiş olunur.
MOSSAD casuslarının siyahısı KQB-yə ötürülür
SSRİ-nin sonuncu prezidenti Qarbaçovla görüşən Maksvell MOSSAD-la bağlı əlində olan yüzlərlə önəmli sənəd və qeydləri, casus siyahısını KQB-yə ötürür. Beləcə, KQB MOSSAD-ın zəif nöqtələri və bağları haqqında etibarlı informasiya əldə edir. Bu hadisədən bir neçə gün sonra MOSSAD Maksvellin bir çox casusla bağlı informasiyanı KQB-yə ötürdüyünü anlayır. MOSSAD dərhal qərar verir və xain Maksvelli öldürmək üçün məxfi plan hazırlanır.
Təcili zəng: dərhal adaya get...
1991-ci ilin 29 oktyabrında Maksvelə İsrailin Madrid səfirliyindən zəng edilir. Onu axtaran casus “çox əhəmiyyətli bir dəvət yerində iştirak etməyin vacibdir, dərhal Cəbəllütariq boğazı vasitəsilə Lady Ghislaine adlı Kanarya adalarına getməlisən” deyir. Oktyabrın 30-da MOSSAD-ın sui-qəsd qrupu Kidon Fasin Rabat limanına çatır. Turist qiyafəsində olan qrup limandan Kanarya adalarına doğru hərəkət edir. 31 oktyabrda Mency otelinə gələn Maksvell noyabrın 3-də buradan ayrılır. 4 noyabrdan 5 noyabra keçən gecə MOSSAD qrupu Maksvelli öldürür, onun cəsədi dənizə atılır. Ölümündən 16 saat sonra Maksvellin cəsədi suyun üzünə çıxır. Ona infarkt diaqnozu qoyulur. İspan rəsmilər onun cəsədini yarıb daha geniş diaqnoz qoymaq üçün nəşin İspaniyaya aparılmasını istəsə də, İsrail rəsmiləri buna müsbət yanaşmır.
“Hürriyyət” qəzetini almaq üçün razılığa gəlmişdi
Qeyd edək ki, Robert Maksvell dünyanın ən güclü media imperatoru olmaq istəyirdi. Bunun üçün ciddi həmlələrdə və fəaliyyətdə olub. Hətta bir dövrlər Türkiyədə nəşr edilən “Hürriyyət” qəzetini almaq üçün Erol Simavi ilə görüşür və razılığa gəlir. Tərəflər razılaşmanı başa çatdırmaq istəsə də, son anda Erol Simaviyə gələn telefon zəngindən sonra anlaşma yarımçıq saxlanılır. Buna görə əsəbiləşən Maksvell dərhal Londona qayıdır. Həmin dövrdə Maksvell təkcə “Hürriyyət” deyil, dünyanın əksər nüfuzlu qəzetlərini satın almaq niyyətini ortaya qoymuşdu.
Seymor Hersh açıqladı: “O casus idi”
İllər sonra məşhur amerikalı jurnalist Seymor M. Hersh “The Sampsons Option” adlı kitabında Robert Maksvellin MOSSAD agenti olduğunu açıqlayır. Dünyada sözü ciddiyə alınan Hershin bu açıqlaması bomba effekti verir.