Sudanda ona təcavüz etmək istəyən ərini öldürməkdə ittiham olunan 19 yaşlı Nura Hüseynin başına gələnlərə dünya səssiz qalmayıb.
Teleqraf.com xəbər verir ki, 16 yaşında zorla ərə verilən Nura qohumlarının təzyiqi ilə cinsi əlaqəyə məcbur edilib. Ancaq o, bu zorakılığa dözməyərək, sevmədiyi 35 yaşlı ərinin öldürüb.
BMT və beynəlxalq insan hüquqları təşkilatlarının etirazından sonra Nura barəsində verilən edam qərarı 5 il həbs və 12 min dollar pul cəzası ilə əvəzlənib.