3 İyul 2018 14:46
1 706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Cermux rayonunun sakinləri 2 həftəyə yaxındır Dərələyəz – İrəvan yolunu bağlayıblar.

Teleqraf.com xəbər verir ki, sakinlər Amsular qızıl yatağında araşdırma aparan “Lidiya” şirkətinə etiraz edirlər.

Qanunsuz axtarışlar dayandırılanadək etirazları davam etdirəcəklərini bildirən sakinlər hökumət tərəfindən təhdid olunduqlarını dilə gətiriblər.

Etirazçılar mümkün təhlükələr barədə KİV-i məlumatlandırıblar.

Təhdidlərin qarşısını almaq istəyən etirazçılara Areni, Keşişkənd, Soylan, Malişka və Dərələyəzdən də dəstək gəlib.

Ölkə müxalifəti bəyanat yayaraq, etirazlara dəstəyini nümayiş etdirib.

Qeyd edək ki, bir müddət əvvəl etirazçıları sakitləşməyə çağıran Baş nazir Nikol Paşinyan vətəndaşları itaətsizlikdə və təxribat törətməkdə ittiham edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər