Rusiyanın İrkutsk vilayətində yaşayış evi yanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin yerli nümayəndəsi məlumat yayıb.
Xəbərə əsasən, bir mərtəbəli 2 otaqlı evin yanması nəticəsində 5 nəfər ölüb. Ölənlərin arasında bir nəfər uşağın da olduğu bildirilir. Ölənlərin hamısı bir ailənin üzvləridir.
Faktla bağlı araşdırma aparılır.