Moskvada bir kişi ov tüfəngindən Türkiyə səfirliyinin binasını atəşə tutub.
Bu barədə Rusiya paytaxtının hüquq-mühafizə orqanlarından bildirilib.
Adı açıqlanmayan şəxs qoşalülə tüfənglə səfirliyin binasına atəş açandan sonra səfirliyin mühafizəçiləri onu saxlayıblar.
İnsident nəticəsində kimsənin xəsarət almadığı qeyd olunur.
Saxlanılan şəxs Moskvanın hüquq-mühafizə orqanlarına təhvil verilib.
APA