31 İyul 2018 15:10
1 961
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan son müsahibələrinin birində deyib ki, Ermənistan ilkin şərt irəli sürmədən Türkiyə ilə diplomatik münasibətləri bərpa etməyə, sərhədi açmağa hazırdır. Bu açıqlamada yeni heç nə yoxdur. Eyni sözləri keçmiş prezidentlər Serj Sərkisyan, Robert Köçəryan və Levon Ter-Petrosyan da deyirdilər.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, buna baxmayaraq, Paşinyanın bu açıqlaması Türkiyə mediasında böyük ajiotaj yaradıb:

“İstanbulun Şişli bölgəsinin keçmiş bələdiyyə başçısı, vaxtilə Cumhuriyyət Xalq Partiyasının liderliyinə iddalı olan Mustafa Sarıgül Nikol Paşinyanın açıqlamasını Türkiyə üçün “tarixi fürsət” adlandırıb. “Ermənistanın uzatdığı əli fürsət kimi dəyərləndirməliyik, bizim əlimiz elə qardaş Azərbaycanın əlidir” deyən Sarıgül sonuncu cümləsi ilə sanki bizə də müsbət ismarıc göndərir.

Dağlıq Qarabağ problem həll olunmadan Azərbaycanın Ermənistan əl uzatmaq kimi fikri yoxdur. Bir də ki, Türkiyədə unutmasınlar ki, Nikol Paşinyan açıqlamasına belə bir cümlə də əlavə edib: “Beynəlxalq miqyasda erməni soyqırımının tanınması bizim üçün olduqca vacibdir”.

Yəni Paşinyan demək istəyib ki, Türkiyə ilə sərhəd açılsa və diplomatik münasibətlər qurulsa belə Ankara bizdən “erməni soyqırımını tanınması siyasətindən əl çəkəcəyimizi gözləməsin”. Əlbəttə, Mustafa Sarıgül Türkiyə demək deyil. Ancaq Mustafa Sarıgül kimi düşünənlər də az olmaya bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər