Bu gün Türkiyənin Rusiyadakı səfirliyinin binasını atəşə tutan şəxsin kimliyi müəyyən edilib.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, səfirliyin binasını atəşə tutan Ermənistan vətəndaşı Artur Mirzoyan olub.
Polisə ifadəsində Mirzoyan bildirib ki, məqsədi səfirliyin binası üzərindəki gerbi vurmaq olub. Onun iki dəfə açdığı atəş hədəfə dəyib.
Artur Mirzoyan "Dobrıy les" şirkətinin baş direktorudur. O, bu gün səhər saatlarında Moskvadakı Türkiyə səfirliyinin binası üzərindəki lövhəni atəşə tutub. Polis insidentdən az sonra onu saxlayıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Türkiyə məsələni diqqətdə saxlayır. Xarici İşlər Nazirliyi nəticələr bəlli olandan sonra mövqe bildiriləcəklərini qeyd edib.
Ayxan