5 Avqust 2018 12:54
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollivud “ulduzu”, məşhur amerikalı aktyor Steven Siqala Rusiya Xarici İşlər Nazirliyində vəzifə verilib.

Teleqraf.com xəbər verir ki, aktyor XİN-də Rusiya – ABŞ Humanitar Münasibətlər Departamentinin xüsusi nümayəndəsi postuna təyin edilib.

Rusiya XİN yaydığı bəyanatda bununla bağlı yayılmış məlumatları təsdiq edib. Lakin Siqal bu vəzifəyə görə maaş almaqdan imtina edib.

Qeyd edək ki, 2016-cı ildə Rusiya vətəndaşlığı almış amerikalı aktyor Ukraynanın Krım bölgəsinin Rusiyaya ilhaqını dəstəkləyir. O, eyni zamanda Donbas bölgəsindəki rus separatçıları dəstəkləyən açıqlama da vermişdi.

2017-ci ildə Ukrayna Milli Təhlükəsizlik Xidməti (SBU) Steven Siqalın ölkəyə girişinin qadağan edib.


Müəllif: Mənsur Rəğbətoğlu