ABŞ-ın sabiq prezidenti Bill Klinton məşhur yazıçı Yames Pattersonla “İtkin prezident ” adlı roman yazıb.
Teleqraf.com xəbər verir ki, roman Türkiyədən Süleyman Cindoruk adlı terrorçunun ABŞ-a qarşı həyata keçirdiyi kiber hücumla mübarizədən bəhs edir.
Kitabı yayan şirkətdən verilən açıqlamada qeyd edilib ki, romanın satışı təkcə Cənubi Afrikada 1 milyonu tirajı keçib. İyunda çapdan çıxan 500 səhifəlik kitab ABŞ-da ən çox satılan kitablar siyahısına düşüb.
Əsərdə Türkiyədə “Cihadın uşaqları” adlı terror təşkilatının lideri Süleyman Cindorukun Amerikaya istiqamətli kiber hücumlarına qarşı ABŞ-ın xəyalı prezidenti Conatan Linkolin Duncanın mübarizəsi təqdim olunur.
Şərhçilər kitabın müəllifi Klintonun prezidentlik dövrü ilə roman qəhrəmanı prezident Duncan arasında bənzərlik olduğunu qeyd edirlər.
Xatırladaq ki, 1993-2001-ci illərdə iki dəfə ABŞ-a prezidentlik edən Klintonun 2004-cü ildə “Həyatın” adlı bir kitabı da nəşr edilib.