Güney Azərbaycanda istehsal olunan sement Ermənistana satılır.
Teleqraf.com xəbər verir ki, bu barədə İran və Ermənistan şirkətləri arasında anlaşma əldə edilib.
Son məlumata görə, hökumət Güney Azərbaycanın sement zavodlarından Etmənistana minlərlə ton sementin daşınmasına şərait yaradıb.
Güney Azərbaycandan olan fəallar Ermənistana daşınan sementin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə aparıldığını iddia edirlər.
Məlumata görə, bu məqsədlə Ermənistana hər gün 25 yük maşını sement aparılır.