Bu, qəzetçilik deyil. Bu “Nyu-York Times” tərəfindən PKK terrorizmini məşhurlaşdırmaq və ört-basdır etmək cəhdidir.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Türkiyə prezident ofisinin sözçüsü İbrahim Qalın özünün tvitter hesabında yazıb.
O, “Nyu-York Times” qəzetində çap olunan xəbərə etiraz edərək bunun qəzetçiliklə əlaqəsi olmadığını ifadə edib: “Bu məntiqlə Bin Laden bəzilərinin gözündə qəhrəman idimi?”