Ermənistanın müdafiə naziri David Tonoyan rusiyalı həmkarı Sergey Şoyqunun dəvəti ilə Moskvaya səfər edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
D.Tonoyan Moskvada keçirilən “Armiya-2018” və “Milli təhlükəsizlik həftəsi” forumlarında iştirak edəcək.
"Səfər zamanı bir sıra təkbətək görüşlər keçiriləcək", deyə mətbuat xidmətinin məlumatında qeyd olunur.