27 Avqust 2018 17:17
1 635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Antalya şəhərində qadın 2 yaşlı oğlunun ağzında biskvit qırıntısı qaldığı üçün əri tərəfindən vəhşicəsinə döyülüb.

Teleqraf.com “İxlas” agentliyinə istinadla xəbər verir ki, hadisə uşaqların gözü qarşısında baş verib.

Mömünə adlı 29 yaşlı qadın bir müddətdir İstanbulda bacısının yanında qalan və Qurban bayramında evə qayıdan 4 yaşlı qızı üçün tort bişirib. Qadın 2 yaşlı oğlunun əlinə isə biskvit verib.

Uşağın əlində və ağzının kənarında şirniyyatın qalıqlarını görən ata əsəbiləşərək həyat yoldaşından uşağın ağzını hansı səbəbdən silmədiyini soruşub. Həyat yoldaşının cavab verməməsinə hirslənən kişi arvadını döyməyə başlayıb. Aldığı şiddətli zərbələrdən yerə yıxılan qadın xəstəxanaya çatdırılıb.

Mömünə əmisi oğlu olan həyat yoldaşından polisə şikayət edərək, boşanmaq istədiyini deyib. Qadın bildirib ki, həyat yoldaşının saçını sərt şəkildə dartması nəticəsində tükləri dərisi ilə birgə qopub. Hazırda bacısının yanında qalan Mömünə adlı qadına mühafizə orderi verilib.


Müəllif: Kəmalə

Oxşar xəbərlər