31 Avqust 2018 21:20
1 572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynadakı situasiya Qərb ölkələri tərəfindən idarə olunur. Ona görə də onlar tanınmamış "Donetsk Xalq Respublikası"nın rəhbəri Aleksandr Zaxarçenkonun qətlinin obyektiv araşdırılmasına qarantiya verməlidirlər.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Bir çox dünya siyasətçiləri, müxtəlif dövlət başçıları, demək olar ki, Ukraynanı qanadları altına aldlar, oradakı situasiyanı nəzarətə götürdüklərini açıqladılar. Onlar bunu Ukraynada sülhün bərpası üçün etdiklərini bildirdilər. Ona görə də indi bu bəyanatlara, eləcə də onların qarantiya xarakterli bəyanatlarına istinad edərək, bu qətlin araşdırılmasının nəzarətə götürülməsi üçün bütün gərəkən addımlar atılmalıdır" - Zaxarova deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər