Donald Tramp administrasiyası Rusiyadan Azov dənizi və Kerç boğazında beynəlxalq dəniz gəmilərinin təhdid edilməsini dayandırmasını istəyib.
Teleqraf.com-un məlumatına görə, Dövlət Departamentinin sözçüsü Hizer Nauert deyib ki, Rusiyanın dəniz tranzitinə maneə törədən hərəkətləri Ukrayna iqtisadiyyatını zəiflədilməsinə və qeyri-sabitlik yaradılmasına yönəlmiş addımdır və beynəlxalq normalara hörmətsizlikdir.
Qeyd edək ki, ABŞ Rusiyanı aprel ayından etibarən ticarət gəmilərini gecikdirməkdə və 16 ticarət gəmisinin Ukraynanın limanlarına çatmasının qarşısını almaqda ittiham edir.
Hələlik Kremldən ABŞ-ın tələbinə cavab verilməyib.