Gürcüstanın Baş naziri Mamuka Baxtadze sentyabrın 10-da rəsmi səfər edəcək.
Teleqraf.com “Novosti Armeniya”ya istinadla xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Səfər çərçivəsində iki ölkənin baş nazirlərinin təkbətək və daha sonra hökumət üzvlərinin iştirakı ilə geniş tərkibdə görüşü nəzərdə tutulub. Mamuka Baxtadze və Nikol Paşinyan görüşdən sonra KİV üçün bəyənatla çıxış edəcək.
Rəsmi səfər çərçivəsində Gürcüstanın baş naziri həmçinin Ermənistan Prezidenti Armen Sarkisyan və parlamentin sədri Ara Babloyanla görüşəcək.