11 Sentyabr 2018 17:56
1 461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycandan olan milli-mədəni fəallar yeni dərs ili ərəfəsində Azərbaycan-türk dilində kitab almaq kampaniyasına başlayıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə azərbaycanlı tələbələr və milli fəallar birgə bəyanat mətni yayıblar.

Müraciətdə təhsil müəssisələrində Azərbaycan-türk dilinin qadağan edilməsinə etiraz olaraq, hər kəs türk dilində kitab almağa çağırılıb.

Müraciətdə bildirilib ki, kampaniyanı təşkil etməkdə məqsəd türk dili və milli kimliyimizi qorumaq, həmçinin türk yazıçı, nəşriyyat və kitab mağazalarına dəstək verməkdən ibarətdir.

Müraciətdə deyilir:

“Qacar hökuməti devrildikdən və Pəhləvi rejimi hakimiyyətə gəldikdən sonra təxminən bir əsrdir ki, İranda türk dilində təhsil almaq və onun tədrisi qadağan edilib. Hazırkı dövrdə isə bu məsələ İran Konstitusiyasının 15-ci maddəsinə ziddir və İranda 40 milyonluq türk cəmiyyətinin narazılığına səbəb olub.

İran prezidenti Həsən Ruhani seçkiqabağı təbliğat-təşviqat dönəmində Urmu gölünün canlandırılması, türk dili və ədəbiyyatına qayğı göstərməsinə vəd verib, lakin verilən vədin üstündən 5 il keçməsinə baxmayaraq bu istiqamətdə hər hansı addım atılmayıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər