Meksikanın yeni prezidenti Andes Manuel Lopes Obrador ölkənin müflis hala düşdüyünü etiraf edib.
Teleqraf.com xəbər verir ki, böhrandan çıxmağın çətin olduğunu, lakin bu istiqamətdə cəhdlər göstərəcəyini bəyan edib.
Qeyd edək ki, A.Obrador seçki kampaniyası çərçivəsində təqaüdləri və gənclərə sosial yardımları artırmaq, elektrik enerjisi və benzinin qiymətlərini hazırkı səviyyədə saxlamaq, idarəetmə aparatının isə məsrəflərini ixtisar etmək vədləri vermişdi.