Kanadalı mədənçilər Yukon çayı sahilində mumiya aşkarlayıblar.
Teleqraf.com Rusiya mediasına istinadla xəbər verir ki, araşdırmalardan sonra mumiyanın 50 min il əvvələ aid olduğu məlum olub.
Ekspertlərin fikrincə, cəsədin bu qədər uzun müddət qalmasına səbəb buz bağlaması olub. Kanadanın soyuq iqlimi burada bir çox heyvanların ilkin vaxtlardakı olan cəsədlərini aşkarlamağa imkan verir.
Alimlər mumiya üzərində araşdırmaların davam edəcəyini bildirirlər.