19 Sentyabr 2018 23:15
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın YPG terror təşkilatının yer aldığı Suriya Demokratik Qüvvələrinə 250 TIR dolu silah göndərdiyi iddia olunur.

Teleqraf.com “Sputnik Rusiya”ya istinadla xəbər verir ki, Suriya-İraq sərhəddində Hajin şəhərinin İŞİD-dən alınması üçün əməliyyata hazırlıq görüldüyü bildirilir.

Məlumata görə, ABŞ əməliyyatda iştirak edəcək YPG terror təşkilatına 250 TIR silah və zirehli texnika göndərib. Silahların içərisində pulemyot və müxtəlif yüngül silahlar olduğu deyilir.

ABŞ-ın indiyə qədər YPG-yə 4 min 700 TIR göndərdiyi vurğulanır.


Müəllif: Kəmalə

Oxşar xəbərlər