ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların Ermənistanda səfiri vəzifəsinə Linn Treysinin namizədliyini irəli sürüb.
Teleqraf.com xəbər verir ki, Treysi hazırda Dövlət Departamentinin Rusiya üzrə baş müşaviri vəzifəsində çalışır. O, həmçinin ABŞ səfirinin Moskva, Aşqabad və Astana üzrə müavinidir.
Treysinin namizədliyinə ABŞ Senatında baxılacaq.