24 Sentyabr 2018 11:06
1 392
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın gələcəkdə Fəratın şərqi də daxil olmaqla, Suriyada təhlükəsiz bölgələrin sayını artırmağa davam edəcəyik.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da türk vətəndaşları ilə birgə konfransda deyib.

Türkiyənin sərhədləri yaxınlığında bir vaxtlar PYD-YPG terrorçuları ilə İŞİD-li canilərin işğalı altında olan 4 min kilometrlik ərazidə sülhün bərqərar olunduğunu deyən Ərdoğan belə bir açıqlama verib: “Şəhidlər verərək həyata keçirdiyimiz hərbi əməliyyatlar nəticəsində 260 mindən çox suriyalı dostlarımızın vətənlərinə qayıtmalarına kömək etdik. Sonuncu dəfə İdlib məsələsində olduğu kimi tək bir nəfərin belə burnu qanamaması üçün diplomatik manevrlər etdik.

Bu cəhdlərimiz nəticə verməyə başlayır. İnşallah, gələcəkdə Fəratın şərqi də daxil olmaqla, Suriyada təhlükəsiz zonaların sayını artıracağıq. Ölkəmizə qarşı təhdid davam edəcəyi müddətdə mübarizəni sürdürəcəyik”.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər