27 Sentyabr 2018 13:01
2 377
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ yürütdüyü siyasətlə özünü dünyadan təcrid edib. Hətta müttəfiqləri də ona qarşı çıxır.

Teleqraf.com xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib.

Onun sözlərinə görə, İran və “Altılıq” arasında imzalanmış nüvə anlaşmasını təktərəfli formada ləğv etməsi ABŞ-ın ən böyük səhvi idi:

“ABŞ yenidən diplomatik masaya qayıtsa, tərəfləri razı salacaq şərtlər olacaq.

Amerika xətaya yol verdi və bu xətanın yarısından geri qayıtmaq onun biləcəyi işdir. Lakin gec-tez ABŞ masa arxasında əyləşməyə məcbur olacaq”.

Qeyd edək ki, Həsən Ruhani BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sammitinə qatılmaq üçün ABŞ-a səfər edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər