İsrailin Baş Naziri Benyamin Netanyahu BMT-dəki çıxışında İranı hədəfə alıb.
Teleqraf.com xəbər verir ki, o, İranın paytaxtı Tehranda yerləşən bir anbarda nüvə silahının olduğunu iddia edir.
Hətta baş nazir sessiyadakı çıxışı zamanı həmin anbarın fotosunu da iştirakçılara təqdim edib.
İranla 5+1 prinsipi ilə imzalanmış nüvə razılaşmasının bu dövlətlərin təhlükəsizliyi və gələcəyi üçün təhlükə olduğunu deyən israilli baş nazir bu razılaşmanı “yalan” adandırıb.
Nüvə silahları saxlanılan anbarın şəklini sessiya iştirakçılarına təqdim edən Netanyahu bu məlumatın ilk dəfə olaraq dünya ictimaiyyətinə açıqlandığını qeyd edib.
Bu fakta əsasən, baş nazir İranla olan razılaşmanın dərhal ləğv edilməsini tələb edib:
“İran nüvə silahı hazırlamaqdan əl çəkmədi. Budur, buna əmin olun”,- deyə Netanyahu əlavə edib.
Məsələyə dərhal İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif münasibət bildirib.
Diplomat öz “Tvitter” hesabından verdiyi açıqlamada bütün iddiaları tamamilə rədd edib:
“Heç bir sənət əsəri İsrailin bölgədə atom və bir çox digər gizli nüvə silahlarına sahib tək ölkə olduğu faktını pərdələyə bilməz. İsrailin öz açıqlanmamış nüvə proqramını beynəlxalq mütəxəssislərin incələməsi üçün üzə çıxarmasının vaxtı gəlib çatıb”.