28 Sentyabr 2018 18:16
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sakit okeanda sərnişin təyyarəsi dənizə düşüb.

Teleqraf.com xəbər verir ki, hadisə Mikronezyanın Ponpey adasında baş verib.

“Air Niugini” şirkətinə məxsus Boeing 737-800 tipli təyyarə Ponpey hava limanında zolaqdan çıxaraq dənizə düşüb.

İçərisində 47 nəfər sərnişin olan təyyarədəki insanlara köməyə ilk öncə balıqçılar gəlib. Daha sonra təcili yardım və xilasetmə briqadaları hadisə yerinə cəlb olunublar.

Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Təyyarə Pompey adasından Yeni Qvineyaya yollanırmış.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər