29 Sentyabr 2018 11:16
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəhreyndə 169 nəfər agent ittihamı ilə həbs edilib.

Teleqraf.com xəbər verir ki, həbs edilmiş şəxslər İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) və Hizbullaha işləməkdə ittiham olunurlar.

Bəhreynin rəsmi xəbər agentliyi BNA-nın yaydığı məlumata görə, barələrində cinayət işi açılmış şəxslər Hizbullah və SEPAH-ın gizli düşərgələrində yetişdiriliblər.

Həbs edilmiş 169 nəfərdən 116-nın İran İnqilab Keşikçilər Korpusunun dəstəyi ilə terror təşkilatı qurmağı və Bəhreyndə silsilə terror aktları planlaşdırdığı iddia edilib.

Rəsmi məlumatda eyni zamanda, SEPAH-ın Bəhreyndə fəaliyyət göstərən ayrı-ayrı silahlı qruplaşmaları birləşdirməyə çalışdığı iddiası da yer alıb.

Həbs edilmiş şəxslərin ilk məhkəmə prosesi oktyabrın 3-də baş tutacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər