Serbiya-Kosovo sərhədində vəziyyət gərginləşib.
Teleqraf.com xəbər verir ki, kosovalı hərbiçilərin sərhəddəki serbləri həbs etməsindən sonra Belqradın silahlı qüvvələri Qazivod su elektrik stansiyasını ələ keçirib.
Serb ordusu tam döyüş hazırlığı vəziyyətinə gətirilib və müharibənin başlanması an məsələsidir.
Bu gün Vladimir Putin öz serb həmkarı Aleksandr Vuçiçeçlə görüşəcək. Görüşdə serbiyalı prezident Vladimir Putindən beynəlxalq səviyyədə ona dəstək göstərməsini istəyəcək. Görünür Vuçiç müharibəyə başlamaq niyyətindədir.
Bundan öncə baş vermiş insidentlə bağlı kosovalı rəsmilər Serbiya prezidentindən ordusunu geri çəkməyi istəsə də, rəsmi Belqrad geriyə addım atmayıb və serb ordusu hazırda tam döyüş hazırlığı vəziyyətində Kosovo ilə sərhəddə yerləşdirilib.
Yerli mətbuat isə “Balkanlar yeni müharibə astanasındadırmı?” sualı ilə məqalələr dərc edir.
Qeyd edək ki, hər iki ölkə arasında münaqişənin bu cür böyüməsi bir ay bundan əvvələ təsadüf edir. Həmin dövrdə rəsmi Belqrad və Priştina sərhədlərin müəyyən edilməsi haqqında razılığa gəlsələr də, daha sonra heç bir tərəf bu razılaşmaya əməl etməyib.