7 Oktyabr 2018 12:24
1 401
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq ötən ildən Moskvada qeyd edilməyə başlayan nar bayramı dünən Yekaterina bağında təşkil olunub.

Tədbirin təşkilatçısı Rusiya azərbaycanlılarının Federal milli-mədəni muxtariyyətidir.

Tədbir milli musiqi, rəqs nömrələri ilə daha da rəngarəng olub.

İştirakçılara nar və nar məhsulları ilə yanaşı, içinə nar əlavə olunmuş ləzzətli milli mətbəx nümunələri təqdim olunub. Bu maraqlı bayrama qatılanlar plov, qutab, kabab, cız-bız kimi yeməklərə də qonaq olublar.

Sirk ustaları və sehrbazların iştirakı isə tədbiri daha da maraqlı edib.

Qeyd edək ki, Azərbaycanda hər il nar festivalı keçirilir./Trend/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər